Məmurların bölgələrə səfərləri davam edir. Lent. az-ın məlumatına görə, iyulun 5-də gənclər və idman naziri Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək. Qəbulda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinləri iştirak edə bilərlər.
Bundan başqa, elə həmin gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da Şamaxıda Ağsu, İsmayıllı, Göyçay sakinləri ilə görüşəcək.