TQDK sədri Məleykə Abbaszadə Göyçay və Şamaxı şəhərlərində vətəndaşları qəbul edəcək. Bu barədə Lent. az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Göyçaydakı qəbulda Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Ağsu sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Şamaxı rayonundakı qəbulda Şamaxı, Qobustan, İsmayıllı sakinləri ilə və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərlə görüş olacaq. Göyçayda qəbul iyunun 5-də, Şamaxıda qəbul iyunun 7-də keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçə və ya TQDK-nın Göyçay regional bölməsinə müraciət edə bilərlər.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.