Məleykə Abbaszadə Bakı məktəblərinə qiymət verdi
11 fevral 2015 12:53 (UTC +04:00)

Məleykə Abbaszadə Bakı məktəblərinə qiymət verdi

 

“Bakıda 2014-cü ildə ümumtəhsil müəssisələrini 20481 şagird bitirib, onların 19855 nəfəri buraxılış imtahanında iştirak edib və 17563 nəfəri hər iki fənn üzrə müvəffəq qiymət alıb”. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki,  şəhər məzunlarının buraxılış imtahanında topladıqları orta bal ana dili fənni üzrə 19.40, riyaziyyat fənni

üzrə 18.39, hər iki fənn üzrə birlikdə 37.79-a bərabərdir. “Bu, respublika üzrə orta göstəricidən müvafiq olaraq 16.93 %, 15.55%, 16.22% yuxarıdır. Buraxılış imtahanında ana dili fənni üzrə məzunların 6.04 %-i “2”, 32.66 %-i “3”, 36.23 %-i “4”, 25.07 %-i “5”, riyaziyyat fənni üzrə isə 9.04 %-i “2”, 28.07 %-i “3”, 40.74 %-i “4”, 22.15 %-i “5” qiyməti alıb. Ümumilikdə 20272 nəfər attestat alıb. Attestat alanların 86.03 %-i (17440 nəfəri) qəbul imtahanlarında iştirak edib”.

 

M. Abbaszadə onu da vurğulayıb ki, qəbul imtahanlarının nəticələrinə əsasən, şəhərin 10100 məzunu tələbə adını qazanıb. “Onların 31.52 %-i (3184 nəfəri) dövlət, 0.81 %-i (82 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 53.02 %-i (5355 nəfəri) dövlət, 14.64 %-i (1479 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub. Şəhər məzunlarının 1832 nəfəri 500-dən, o cümlədən 536 nəfəri 600-dən yuxarı bal toplayıb. Paytaxt abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 249.706-ya bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 7.6% yuxarıdır”.

 

Komissiya sədri bildirib ki, paytaxt abituriyentlərinin yalnız 36.34 %-i 300-dən yuxarı bal toplayıb. “Şəhərin attestat qiymətləri əla olan abituriyentlərindən 2.69 %-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 52.33 %-dir. Qəbul imtahanlarında 320 məktəbin məzunları iştirak edib”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 166

Oxşar yazılar