Məleykə Abbaszadə: “Abituriyentlər regionlardakı ali məktəbləri seçmirlər”
30 yanvar 2013 12:05 (UTC +04:00)

Məleykə Abbaszadə: “Abituriyentlər regionlardakı ali məktəbləri seçmirlər”

“Qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər regionlardakı ali məktəbləri seçmirlər”.

Lent.az-ın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə bildirib. Universitetlərə ayrılan plan yerlərinə də toxunan M. Abbazadə qeyd edib ki  ali təhsil müəssisələrinə bu il 34098 plan yeri ayrılıb.

“Plan ötən illə müqayisədə 8.53 faiz artıb. 2012/2013-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 34098 yer ayrılıb. Qəbul planının 28709 yeri dövlət, 5389 yeri isə özəl ali təhsil müəssisələrinin payına düşüb. 10680 yer ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul üçün nəzərdə tutulub. Bunlardan 90 yer qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər tərəfindən tutulub. Ötən illə müqayisədə bu tədris ilində dövlət ali təhsil müəssisələrinin qəbul planı 8.81% (2325 yer), özəl ali təhsil müəssisələrinin qəbul planı isə 7.03% (354 yer) artıb. Ümumilikdə, qəbul planı 2679 yer (8.53%) artıb. Ötən il isə qəbul planında 2.98% artım olub. Plan yerlərinin təhsil formaları üzrə bölgüsünün müqayisəsi göstərir ki, 2012-ci ildə Azərbaycan və rus bölmələri üçün ayrılıqda olan plan yerlərinin hesabına hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlər 2.56 dəfə artıb. Cari ildə artıq hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlər ümumi plan yerlərinin 56.75%-ni təşkil edib”.

 

 

TQDK sədrinin sözlərinə görə, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 100621 abituriyent ərizə verib. Ərizələrin sayı ötən illə müqayisədə 6.39% azalı: “Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 100621 abituriyent ərizə verib. Ötən illə müqayisədə sənəd verənlərin sayı 6863 nəfər azalıb. Onların 4885-i orta ixtisas, 425-i ali (2-ci ixtisas kimi), qalanları isə ümumi orta təhsillidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 797

Oxşar yazılar