“Azərbaycanda ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul olan gənclərin bilik səviyyələri bir-birindən ciddi fərqlənir”. Lent.az-ın məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə bildirib. M.Abbaszadənin sözlərinə görə, 2012-ci ildə sənəd verənlər arasında özəl ali təhsil müəssisələrinin ixtisas kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 6.31 faiz olub. 2000-ci illərin başlanğıcında bu göstərici 0.67 faiz idi. On ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu sahədə irəliləyiş çox azdır”.
M. Abbaszadə qeyd edib ki, hazırda özəl ali təhsil müəssisələrinə qəbul olanlar, əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir ki, onların da böyük əksəriyyətinin biliyi kafi səviyyəsindən yuxarı deyil.
“Özəl ali təhsil müəssisələri dövlət ali təhsil müəssisələri ilə dövlət sifarişi əsasında qəbul aparılan yerləri tutmaq üçün rəqabət aparmalı, daha bilikli gəncləri özlərinə cəlb etmək üçün həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsil haqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər. Lakin, təəssüf ki, bir çox özəl ali təhsil müəssisələri bu məsələdə o qədər də maraqlı deyillər” - deyə, TQDK sədri əlavə edib.