Məktəblilərimiz beynəlxalq olimpiadada medal qazanıb
27 iyul 2017 10:49 (UTC +04:00)

Məktəblilərimiz beynəlxalq olimpiadada medal qazanıb

16-24 iyul tarixlərdə  İndoneziyanın Yogyakarta şəhərində məktəblilərin 48-ci Beynəlxalq Fizika Olimpiadası keçirilib. 87 ölkədən 424 məktəblinin iştirak etdiyi olimpiadada şagirdlərimiz də çıxış edib. 

 

4 nəfərdən ibarət komandamız üzvləri nəzəri və praktiki mərhələrdə öz bilik və bacarıqlarını nümayiş etdirərək  1 bürünc 2 həvəsləndirici mükafat qazanıblar.

 

Gəncə şəhər 26 nömrəli orta məktəbin eksperimental pilot siniflərinin şagirdi Fərhad Abdullayev bürünc medal, Mingəçevir şəhəri R.Muradov adına Texniki-humanitar liseyin eksperimental pilot siniflərinin şagirdi Emil Əlizadə və  Quba şəhəri Texniki təmayüllü liseyin eksperimental pilot siniflərinin şagirdi Səbuhi Mikayılov həvəsləndirici mükafat qazanıblar.

 

Şagirdlər il ərzində Təhsil Naziliyi tərəfindən təşkil olunmuş olimpiadalara hazırlıq mərkəzlərində beynəlxalq olimpiadalara müntəzəm və planlı şəkildə hazırlaşırlar. Beynəlxalq fənn olimpiadalarında sistematik hazırlıq işlərinin görülməsi məqsədilə  Bakı şəhərində yaradılmış olimpiada mərkəzlərində yerli və əncəbi mütəxəssislərin köməyi ilə hazırlıq prosesi həyata keçirilir.

 

# 91
avatar

Oxşar yazılar