“Bu gün paytaxtın ümumtəhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində ilk dərs və məşğələlər Xocalı soyqırımına həsr edilib”. Bunu Lent .az-a açıqlamasında Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı məlumat verib. Onun sözlərinə görə, bu gün həmçinin T. İsmayılov adına Uşaq – Gənclər Yaradıcılıq Sarayının Rəsm Qalereyasında “Yad əllərdə qalmayacaq bircə qarış torpağımız” mövzusunda rəsm sərgisi keçiriləcək.
“20 – 26 fevral Xocalı soyqırımının iyirmi birinci ildönümü ilə əlaqədar təhsil müəssisələrində “Xocalı həftəsi” elan olunub”-deyə, şöbə müdiri əlavə edib.