28 fevral – 2 mart tarixlərində regionlarda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, ölkə üzrə məktəbdənkənar təhsil müəssisələrinin sayının optimallaşdırılması zamanı işçilərin peşəkarlıq səviyyəsinin müəyyənləşdirilməsində qiymətləndirmənin nəticələrindən istifadə olunacaq.
Qiymətləndirmədə məntiqi düşünmə və pedaqoji qabiliyyət, peşə-ixtisas, informasiya-kommunikasiya texnologiyaları üzrə biliklər və psixoloji xüsusiyyətlər yoxlanılacaq. Pedaqoji heyətin 60 sualı cavablandıracağıqiymətləndirmənin müddəti 90 dəqiqə müəyyən edilib.