"Çox zaman ailələr sivil qaydada boşanmırlar" - <span style="color:red;">RƏSMİ AÇIQLAMA
18 sentyabr 2019 15:51 (UTC +04:00)

"Çox zaman ailələr sivil qaydada boşanmırlar" - RƏSMİ AÇIQLAMA

Bu ilin 6 ayında ölkədə 29391 nikah və 8257 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7-dən 6,0-a, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Bəs Azərbaycanda bu ürək açmayan statistikanın yaranmasına təsir edən əsas amillər hansılardır?

Lent.az-ın suallarını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə cavablandırıb.

Onun sözlərinə görə, son illərdə boşanmaların artmasına təsir edən müxtəlif amillər var ki,  tərəflərin valideynlərinin ailəyə müdaxiləsi, eyni zamanda insanların bir-biri ilə tanımadan ailə qurması, bir-birlərini anlamaması kimi problemləri ilk sırada saymaq olar: “Təəssüflər olsun ki, çox zaman ailələr sivil qaydada boşanmırlar və bu hal daha böyük problemlərə yol açır. Bu prosesdə isə daha çox uşaqlar əziyyət çəkir. Çünki hər iki tərəfdən uşaqlara qarşı mənəvi-psixoloji zorakılıq halları törədilir”.

R.Süleymanzadə bildirib ki, ailədə övladın olmaması boşanma statistikasına çox cüzi təsir göstərir.    

Komitə rəsmisinin sözlərinə görə,  uşaqlı ailələrin boşanması zamanı fəsadlarla üzləşən uşaqlar Komitə tərəfindən müəyyənləşdirilir: “Boşanan ailələrdə problemlə üzləşən uşaqların cəmiyyətə reinteqrasiyası doğurudan da çətin olur. İcra tədbirləri-alimentin ödənilməsi, eyni zamanda uşaqların ana və ya ata ilə ünsiyyət hüquqlarının kobud şəkildə pozulması gələcəkdə uşağın psixoloji vəziyyətinə təsir edir. Boşanmaların sayını azaltmaq üçün dövlət qurumları və QHT-lər tərəfindən maarifləndirmə tədbirləri keçirilir. Amma bu gün bu cür tədbirlərin daha da geniş şəkil almasına ehtiyac var. Bu sahədə də istər qanunvericiliyin təkmilləşdirilməsi, istərsə də yeni mexanizmlərin hazırlanması istiqamətində işlər aparılır”.

R.Süleymanzadə ailələrin ciddi problemlərindən olan məişət zorakılığı ilə bağlı da məlumat verib və bildirib ki,  faktların hər birinə fərdi qaydada yanaşılmalıdır: “Bəzən sakit təbiətli bir kişi ailədə qadın tərəfindən zorakılığa məruz qalır. Bəzən bunun əksi olur. Elə hallar olur ki, kişi iqtisadi cəhətdən  qadını özündən asılı vəziyyətə salmağa çalışır. Qadın işlədiyi halda əməkhaqqı kişi tərəfindən mənimsənilir və evə yox, digər ehtiyaclar üçün xərclənilir. Ailələrdə mənəvi-psixoloji zorakılıq daha çox törədilir. Rəsmi statistik məlumatlardan əlavə hüquq-mühafizə orqanlarına, yerli icra hakimiyyəti orqanlarına müraciət etməyən insanlar da olur. Yaxşı olar ki, insanlar baş vermiş zorakılıq halları ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına və yaxud yerli icra hakimiyyəti orqanlarına müraciət etsinlər ki, məsələ yerində araşdırılısın və hər hansı cinayət hadisəsi törədilməmiş proflaktik tədbirlər aparılsın”.

R.Süleymanzadə qeyd edib ki, məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanununa əsasən məişət zorakılığına məruz qalan şəxslərə “mühafizə orderi” verilir. Onun sözlərinə görə, 2018-ci ildə 12 şəxsə qısa, 7-nə uzunmüddətli mühafizə orderi tədim olunub. Bu ilin birinci rübündə isə 7 qısa, 4 uzunmüddətli "mühafizə orderi" təqdim olunub.

 Qeyd edək ki, “mühafizə orderi – məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında akt”dır.  Bu akt zorakı şəxsin qurbanı izləmək, sığınacaq tapdığı yeri axtarmaq və narahat etmək kimi zorakılığından müdafiə etmək üçün verilir. Sözügedən qanunda göstərildiyi kimi mühafizə orderləri qısa və uzunmüddətli olaraq verilir. Qısamüddətli mühafizə orderi yerli icra hakimiyyəti tərəfindən müraciət daxil olandan 24 saat müddətində verilməlidir. Uzunmüddətli mühafizə orderi isə yerli məhkəmənin çıxardığı qərar əsasında verilir. Azərbaycanda qısamüddətli mühafizə orderinin müddəti bir ay, uzunmüddətli orderin vaxtı isə 6 aydır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 777
avatar

Aygün İbrahimli

Oxşar yazılar