Türkiyədə məşhurlara qarşı həyata keçirilən növbəti narkotik əməliyyatında saxlanılanların adlı siyahısı açıqlanıb.
Lent.az Trürkiyə mətbuatına istinadən xəbər verir ki, ümumilikdə 22 nəfərin olduğu siyahıda müğənnilər, aktyorlar, model və iş adamları yer alıb.
- Ayşe Hatun Önal (Müğənni)
- Tolga Çam (Modelyer)
- Ferhan Kaya(Birjaçı)
- Murat Saygı (Rejissor)
- Enis Ahmet Onat (Fashion TV sahibi)
- Ahmet Karoğlu ("Beko Ocakbaşı" sahibi)
- Emre Tari (İş adamı)
- Hasan Vatan (iş adamı)
- Kerimcan Durmaz(Müğənni)
- Kenan Doğulu (Müğənni)
- Beren Saat (Aktrisa)
- Mehmet Cem Karcı (Rejissor)
- Berdan Mardini (Müğənni)
- Reyhan Küçükyeğen
- Ozan Doğulu (Aranjimançı və DJ)
- Yaşar İpek (Müğənni)
- Mehmet Yıldız (Modellik şirkətinin sahibi)
- Tessy Ramos (Model)
- Enis Arıkan (Aktyor)
- Rafet Eren Yorulmazer (Memar)
- Ali Efe Bezci (İş adamı)
- Selin Ciğerci (Sosial şəbəkə fenomeni və müğənni)
***
saat 10:13
Türkiyədə məşhurlara qarşı narkotik istintaqı çərçivəsində yeni əməliyyat keçirilib və 22 nəfər saxlanılıb.
Bu barədə "Hürriyet" nəşri xəbər yayıb.
Məlumata görə, saxlanılanlar arasında məşhur türkiyəli sənətçilər Beren Saat, Kenan Doğulu, Enis Arıkan və Kerimcan Durmaz da var. Sağlamlıq yoxlamalarından keçirilən məşhurlar ifadə vermələri üçün Narkotik Cinayətləri ilə Mübarizə İdarəsinə aparılıblar.
Saxlanılanların sayının arta biləcəyi qeyd edilir.