"Ən çox valideynlərimə   borcluyam" - Maksimum bal  yığan abituriyent
16 may 2026 14:40 (UTC +04:00)

"Ən çox valideynlərimə borcluyam" - Maksimum bal yığan abituriyent

0

Naxçıvan Muxtar Respublikasında keçirilən XI sinif buraxılış imtahanında bir nəfər maksimum - 300 bal toplayıb. Həmin abituriyent Ordubad rayonu, Aşağı Əylis kənd tam orta məktəbinin şagirdi Ayxan Babazadədir.

Lent.az-a danışan Ayxan bildirib ki, hüquqşünas olmaq istəyir:

“Universitet seçimində qərarsız olsam da, ixtisasca hüquqşünas olacam. Hələ imtahandan əvvəl də maksimum bal toplayacağıma inanırdım. Bundan sonra da çalışacam ki, ümumi balım 700 olsun”. 

Dərs rejimindən danışan Ayxan qeyd edib ki, o, gün ərzində 3-4 saat telefondan istifadə edib:

“Normalda günün 3-4 saatı, imtahan ərəfəsində isə maksimum 15-20 dəqiqə telefonla məşğul olurdum. Repetitor yanına hazırlığa gedirdim, dərsləri isə daha çox səhər saat 5-dən 8-ə qədər oxumağı sevirdim. Ən çox mənə həmişə inanan və dəstək olan valideynlərimə borcluyam”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar