APA TV-nin xəbərinə görə, yığıncaqda Penitensiar Xidmətin, müəssisənin rəhbər şəxsləri, digər qonaqlar iştrak ediblər.
Tədbirdə məhkum qadınlar hazırladıqları musiqi nömrələrinin təqdim ediblər.
Müəssənin təlim tərbiyyə işləri üzrə rəis müavini Hikmət Kazımov Gül Bayramına həsr olunmuş tədbiri hər il keçirdiklərini bildirib. Onun sözlərinə görə, aparılan profilaktik tədbirlərin nəticəsi göz önündədir: "Pentensiar xidmətdən azad olunan qadınlar demək olar ki, təkrar cinayət törədib bura qayıtmırlar. Olsa da, bu 3-5 faiz təşkil edər. Ona görə də biz öz əməyimizlə fəxr edirik".
Tədbrin sonunda qadın məhkumlar müəssə rəhbərliyi tərəfindən bayram süfrəsinə dəvət olunublar.