<span style="color:red;">Bakıda ürək dağlayan anlar:  uşaqlar məhbəsdəki analarının görüşünə gəldi
10 dekabr 2014 16:19 (UTC +04:00)

Bakıda ürək dağlayan anlar: uşaqlar məhbəsdəki analarının görüşünə gəldi

0

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə 4 saylı cəzaçəkmə müəssisəsində uşaq evlərində yaşayan məhkum övladlarının anaları ilə görüşü təşkil edilib.  Lent.az-ın Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mətbuat xidmətinə istinadən məlumatına görə, görüş zamanı iştirakçılara uşaq hüquqları ilə bağlı qəbul edilən mühüm sənədlər və sosial proqramlar barədə məlumat verilib, onların həyata keçirilməsində dövlət orqanlarının funksiyalarına dövlət nəzarətinin vacibliyi qeyd olunub. Valideyn məsuliyyəti hissinin təbliği məqsədilə təşkil edilmiş görüşdə uşaq evlərindən dəvət olunmuş müəllimlər də iştirak ediblər. Məhkum analar dəvət olunmuş nümayəndələrlə övladlarının təhsil və sosial qayğıları barədə geniş fikir mübadiləsi aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar