Məcburi köçkünə verilən torpaq əlindən alınır?
21 may 2013 19:07 (UTC +04:00)

Məcburi köçkünə verilən torpaq əlindən alınır?

Məcburi köçkünə dövlət tərəfindən verilən torpaq əlindən alınır. Bu barədə Lent.az-a Laçın Rayon Ağbulaq kəndindən olan məcburi köçkün  Mayıl Kərəm oğlu İsayev  özü məlumat verib. M. İsayev qeyd edib ki, dövlət tərəfindən ona verilən 2 hektar torpaq məskunlaşdığı Ağcabədi rayonu Aşağı Qyamadınlı kənd bələdiyyəsinin sədri Elxan Zeynalov tərəfindən əlindən alınıb.

 

M. İsayev həmçinin qeyd edib ki, ona verilən torpaq sahəsi 2011-ci ildən kənd bələdiyyəsi tərəfindən müqavilə ilə ona verilib.

 

Ağcabədi  rayon Aşağı Qyamadınlı kənd bələdiyyəsinin sədri Elxan Zeynalov Lent.az-a açıqlamasında qeyd edib ki, M. İsayevə verilən torpaq başqa şəxsə məxsusdur və kənd bələdiyyəsi olaraq həmin şəxsə kömək etmək üçün həmin torpaq sahəsi ona verilib və kənd sakininin dediyi müqavilənin heç bir hüquqi əsası yoxdur: “Həmin sənədə mən imza atmamışam. Kənd sakininin  dediyi torpaq bələdiyyə tərəfindən hərraca çıxarılıb və M. İsayev həmin hərracda iştirak edə bilər”.

 

E. Zeynalov həmçinin qeyd edib ki, həmi şəxsə kənddə “taxta körpü ” adlanan ərazidə torpaq sahəsi verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 653
avatar

Oxşar yazılar