<b>21 nəfəri ilan sancıb - </b><span style="color:red;">Ehtiyatlı olun!
05 iyun 2017 11:37 (UTC +04:00)

21 nəfəri ilan sancıb - Ehtiyatlı olun!

May ayının 1-dən bu günə qədər 21nəfəri ilan sancıb.

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov Lent.az-a bildirib ki, zərərçəkənlərdən 14 nəfər  xəstəxanaya yerləşdirilib.

Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıb, ölüm halı qeydə alınmayıb.  İlan sancma halları əsasən Bakıətrafı qəsəbələrdə  baş verib.

A.Maqsudov qeyd edib ki, bu müddət ərzində əqrəb sancması ilə bağlı 6, qaraqurd sancması ilə bağlı isə 1 müraciət daxil olub. Əqrəb sancması ilə bağlı müraciət edənlərdən 3-ü xəstəxanaya yerləşdirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 444

Oxşar yazılar