Masallı sakini "Reno"nu ata qoşdu: "Benzin yandırmır"
28 mart 2015 14:39 (UTC +04:00)

Masallı sakini "Reno"nu ata qoşdu: "Benzin yandırmır"

APA TV-nin cənub bürosunun məlumatına görə,  Zöhrab kişi uzun müddət istifadə etdiyi Fransa istehsalı olan "Reno" markalı avtomobili nasaz olduğundan onu 3 il öncə faytona çevirməyə qərar verib. O, avtomobili səliqəli şəkildə tən ortadan bölməklə onun arxa hissəsinə müəyyən avadanlıqlar əlavə edib. Zöhrab Ələkbərovun sözlərinə görə, hazırda istifadə etdiyi avto-fayton ona əsl avtomobildən daha çox xeyir gətirir. Belə ki, yanacaqdan istifadə etmədən gün ərzində 40-50 kilometr yol gedir, əvvəllər avtomobil üçün aldığı ehtiyat hissələrə isə əlavə xərc çəkmir. 


"Əkin vaxtı sahəyə arpa, buğda daşıyıram. Məndən razı qalırlar. 5 manat, 3 manat verirlər, imkansızları da aparıram.  Yol hərəkəti qaydalarına riayət etmək lazımdır. Gecə hər hansı maşın görmədən təhlükə yarada bilər. Onlara görə mən də bu işıq sistemlərini quraşdırmışam ki, heç nə olmasın. Maşının akkumlyatorunu qoymuşam".
 

Zöhrab Ələkbərovun sürücülük vəsiqəsi də var. Faytonla yola çıxarkən o, hökmən vəsiqəni üstündə gəzdirir. Zöhrab kişi becərdiyi kənd təsərrüfatı məhsullarını da məhz bu araba ilə bazara aparır. Qeyd edək ki, süjetimizin qəhrəmanının  iki şəxsi avtomobili olsa da o, bunlardan təsadüfi hallarda istifadə edir. Zöhrab kişi 20 ilə yaxındır ki, həm də atçılıqla məşğul olur. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190
avatar

Oxşar yazılar