Təmirlə əlaqədar olaraq Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu fəaliyyətini dayandırıb. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Mətbuat xidmətindən verilən məlumatda o da qeyd olunur ki, İnstitutun gələn ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulur: “Orada olan xəstələr artıq başqa xəstəxanalara köçürülüb. İnstitut əməkdaşlarının isə əmək haqları hər ay ödənəcək”-deyə, nazirlikdən bildirilib.
Qeyd edək ki, təmir işləri Prezidentin Ehtiyat Fondundan ayrılmış maliyyə vəsaiti hesabına həyata keçirilir.