Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib. Lent.az-ın Maliyyə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 29.4-cü maddəsinə əsasən, qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
İllik maliyyə hesabatları 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir.
Məlumat üçün bildiririk ki, maliyyə hesabatlarının təqdim edilməməyinə görə İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.