Maliyyə Nazirliyi müsabiqə elan etdi
03 iyun 2013 11:18 (UTC +04:00)

Maliyyə Nazirliyi müsabiqə elan etdi

Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) və Azərbaycan Sığortaçılar Assosiasiyası “Yaşayış evərinin və mənzillərin icbari sığortası” mövzusunda jurnalistlər arasında məqalə müsabiqəsi elan edib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd əhali arasında yaşayış evlərinin və mənzillərin icbari sığortasının mahiyyətinin təbliği, o cümlədən bu sığorta növünün faydası barədə məlumatların cəmiyyətə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

Müsabiqəyə göndərilən məqalələr qəzet, jurnal və internet media saytlarında dərc olunmuş, 12 ölçülü “Times New Roman” şriftində, 7 min çap işarəsindən az olmamalıdır. Məqalələr Azərbaycan və ya rus dilində son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. Bir müəllif müsabiqəyə bir məqalə təqdim etməlidir. Yazıda “Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin və Azərbaycan Sığortaçılar Assosiasiyasının keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

Məqalələr KİV nümayəndələrinin vəsiqəsinin surəti ilə birlikdə 5 iyun tarixindən 10 iyul tarixinədək Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin [email protected] elekton poçt ünvanına göndərilməlidir. Məqalələri Dövlət Sığorta Nəzarəti Xidmətinə (ünvan: Bakı şəh., C.Məmmədquluzadə küç., 71) də təqdim etmək olar.

 

Qaliblərə mükafatlar təqdim ediləcək.
Mükafatlar:
- Birinci yer 1000 (min) AZN
- İkinci yer 750 (yeddi yüz əlli) AZN
- Üçüncü yer 500 (beş yüz) AZN
Bundan əlavə, digər 10 ən yaxşı yazı müəllifinə həvəsləndirici hədiyyələr veriləcək. 
Müsabiqənin nəticələri 22 iyul Milli Mətbuat Günü ərəfəsində açıqlanacaq.
 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1029
avatar

Oxşar yazılar