Magistraturaya sənəd qəbulunun vaxtı açıqlandı
08 yanvar 2013 12:15 (UTC +04:00)

Magistraturaya sənəd qəbulunun vaxtı açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulunun vaxtını açıqlayıb. Lent.az-ın məlumatına görə, TQDK Magistratura şöbəsinin müdiri Natiq Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib ki, bu il ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu fevralda aparılacaq. Onun sözlərinə görə, bu il də magistraturaya qəbul imtahanları iki mərhələdə aparılacaq: “İlk mərhələdə test üsulu ilə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatika üzrə bilik səviyyəsi yoxlanılacaq. Bu mərhələdə TQDK tərəfindən müəyyənləşdirilən tələbləri yerinə yetirən bakalavrlar ikinci mərhələdə iştirak hüququ qazanacaqlar. Bu mərhələdə isə onların seçdikləri qəbul proqramları üzrə ixtisas bilikləri test üsulu ilə yoxlanılacaq. Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə təqdim edilmiş suallara yazılı cavab verəcəklər. İmtahanın I mərhələsi mart ayında, II mərhələsi iyunda keçiriləcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1111

Oxşar yazılar