Magistraturaya qəbul imtahanlarının vaxtı açıqlandı
23 yanvar 2015 16:30 (UTC +04:00)

Magistraturaya qəbul imtahanlarının vaxtı açıqlandı

0
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanlarının vaxtını açıqlayıb. Qurumdan Lent.az-a verilən məlumata görə, magistraturaya ərizə qəbulu fevralın 3-dən 12-dək, qəbul imtahanının birinci mərhələsi fevralın 22-də, proqram seçimi aprelin 1-dən 10-na qədər, ikinci mərhələ aprelin 26-da olacaq.

Magistraturaya ixtisas seçimi mayın 7-dən 12-nə qədər olacaq. Boş qalan yerlərə isə ixtisas seçimi iyunun 22-dən 28-dək həyata keçiriləcək.
 
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar