“Ali məktəblərdən magistraturaya ərizə qəbulu başlayır”. Bu barədə TQDK-nın şöbə müdiri Natiq Əliyev bildirib. N. Əliyev qeyd edib ki, Tələbə qəbulu üzrə Dövlət Komissiyası 2013-2014-cü tədrsi ili üçün respublikanın ali təhsil müəssisələrinin magistraturasına qəbul elan edib: “Hər bir bakalavr TQDK-nın müvafiq internet səviyyəsinə daxil olaraq şəxsiyyət vəsiqəsinin və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrəsini istifadə etməklə oradakı “Bakalavrın elektron ərizəsi” formasını doldurur. Bakalavrlar “bakalavrın elektron ərizəsi” formasını 2013-cü ilin fevralın 11-dən 21-dək olan müddətdə doldurur və ərizəsini 2013-cü ilin fevralın 12-dən 22-dək müddətdə təsdiq edirlər”.
TQDK-nın şöbə müdirinin sözlərinə görə, xarici ölkələrdə ali təhsil almış Azərbaycan vətəndaşları “Bakalavrın elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da təsdiq edirlər. “İmtahanın birinci mərhələsi 2013-cü ilin martın 3-də keçiriləcək. Bakalavrlara ümumi intellekt səviyyəsinin yoxlanılması üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunacaq” - deyə, N. Əliyev vurğulayıb.
Magistraturaya qəbul imtahanının vaxtı açıqlandı
1058