<b>15 ixtisasda magistratura üzrə təhsil müddəti azaldıldı</b>
12 iyun 2017 12:34 (UTC +04:00)

15 ixtisasda magistratura üzrə təhsil müddəti azaldıldı

 

Nazirlər Kabinetinin qərarı ilə ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə ixtisasların təsnifatında dəyişiklik olub.

 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu dəyişikliyə görə, mədəniyyət və incəsənət ixtisasları qrupu üzrə fundamental tədqiqat tələb etməyən 15-ə qədər ixisaslaşma üzrə təhsil müddəti 2 ildən 1,5 ilə endirilib. Bu ixtisaslarda təhsilalanlar elmi tədqiqatla məşğul olmayacaq və onlar tədqiqatçı kimi deyil, mütəxəssis kimi hazırlanacaq.

 

Bundan başqa, son illərdə nəqliyyat, sənaye və inşaat sektorundakı dinamik inkişafı nəzərə alaraq növbəti tədris ilindən “Sənaye mühəndisliyi”, “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi” və “Şəhərsalma” ixtisasları üzrə yeni tədris ilindən tələbə qəbuluna başlamaq nəzərdə tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 266

Oxşar yazılar