[b]Lökbatan vulkanı niyə püskürüb?[/b] - İLKİN SƏBƏB
02 may 2017 14:49 (UTC +04:00)

[b]Lökbatan vulkanı niyə püskürüb?[/b] - İLKİN SƏBƏB

 

Lökbatan vulkanı sonuncu dəfə 2012-ci ildə püskürüb və ən aktiv vulkan sayılır.

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev Lent.az-a bildirib ki, həmin palçıq vulkanı son 200 ildə 25-ci dəfədir püskürür: “ Palçıq vulkanına yaxın ərazidə yaşayış məntəqələri olsa da onlar üçün təhlükə yoxdur. Vulkan səhər tezdən 8-ə qalmış bir dəfə püskürüb. Zəif püskürmə olub”.

 

A.Əliyev vulkan püskürməsinin ehtimal edilən səbəbini də açıqlayıb: “ Lökbatan vulkanı yaxınlığında zəlzələ yataqları var. Çox güman ki, orda baş verən seysmik hadisə vulkanı oyadıb. Amma tədqiqatlardan sonra daha dəqiq səbəbi ortaya çıxacaq. Araşdırma aparmaq lazımdır. Hazırda ərazidə duru palçıq olduğundan işləmək mümkün deyil. Palçığın qurumasını gözləyirik ki, tədqiqatlar aparaq. Planlama işləri yekunlaşsın, vulkanın nə qədər ərazini əhatə etdiyi, həcmi, qalınlığı, hansı süxurları tulladığı barədə məlumat veriləcək”.

 

A.Əliyev əlavə edib ki, vulkan bu gün yenə oyanmasa, yenidən püskürmə ehtimalı yoxdur. 

 

 

****

 

11:13

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Lökbatan palçıq vulkanının püskürdüyü əraziyə baxış üçün yollanıb.

 

Şöbənin müdiri Adil Əliyev Lent.az-a bildirib ki, püskürən vulkanla bağlı AMEA Geologiya və Geofizika İnstitutunun mütəxəssisləri tərəfindən araşdırma aparılacaq. Ondan sonra vulkanın püskürmə səbəbi bəlli olacaq.

 

***

10:53

 

Mayın 2-də səhər saat 8 radələrində Bakı şəhərindən 15 km cənub-şərq istiqamətində, Xəzər dənizinin sahilində, neft-mədən sahəsində yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, sözügedən palçıq vulkanı Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna aid deyil.

 

Hazırda vulkan aktivliyi baş vermiş ərazidə qoruq əməkdaşlarından təşkil edilmiş operativ qrup tərəfindən müşahidələr aparılır.

 

Xatırladaq ki, 1810-cu ildə qeydə alınmış Lökbatan palçıq vulkanı dünyanın ən aktiv 5 vulkanından biri olmaqla püskürməsinə görə dünya rekordçusudur və vulkanın hazırkı püskürməsi sayca 25-cidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 349

Oxşar yazılar

Bakının bu rayonu sabahdan susuz qalacaq

Bakının bu rayonu sabahdan susuz qalacaq

15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara  yağış yağır   - Faktiki HAVA

Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA

15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək

Bu rayonda 21 kəndin qazı kəsiləcək

15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara  sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ

Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ

15 iyul 2025 , 15:20
Bu yerlərə  leysan yağacaq

Bu yerlərə leysan yağacaq

15 iyul 2025 , 14:56
Sabah  nəfəs kəsən isti   olacaq - Hava PROQNOZU

Sabah nəfəs kəsən isti olacaq - Hava PROQNOZU

15 iyul 2025 , 13:29
Yuxuda niyə kabus görürük?  - Alimlər AÇIQLADI

Yuxuda niyə kabus görürük? - Alimlər AÇIQLADI

15 iyul 2025 , 10:58
Bu gün Bakının bəzi yerlərində qaz olmayacaq

Bu gün Bakının bəzi yerlərində qaz olmayacaq

15 iyul 2025 , 09:31