Lisenziya verilməsi qaydalarına aydınlıq gətirildi
23 sentyabr 2013 10:46 (UTC +04:00)

Lisenziya verilməsi qaydalarına aydınlıq gətirildi

Dövlət təhsil müəssisələrinə lisenziya müddətsiz, hüquqi və fiziki şəxslər tərəfindən təsis edilmiş bələdiyyə və özəl təhsil müəssisələrinə 5 illiyə, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) isə 3 illiyə verilir. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Xüsusi razılıq (lisenziya) müvafiq qaydada dövlət qeydiyyatına alınmış və hüquqi şəxs statusuna malik olan təhsil müəssisələrinə verilir. Lisenziya almaq istəyən qurum “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”da və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq edilməsi haqqında 3 avqust 2012-ci il tarixli, 171 nömrəli və “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə” 07.11.2002-ci il tarixli, 174 saylı qərarlarında nəzərdə tutulmuş sənədləri təqdim etməlidir.

 

Nazirlikdən verilən məlumatda o da qeyd olunur ki,  lisenziya (xüsusi razılıq) həm dövlət, həm bələdiyyə, həm də özəl təhsil müəssisələrinə verilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 996

Oxşar yazılar