Leysan yağacaq
30 iyul 2013 12:27 (UTC +04:00)

Leysan yağacaq

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti iyulun 31-də gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən  məlumata görə, iyulun 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə qısa müddətli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. Temperatur gecə 19-21 dərəcə, gündüz 26-31 dərəcə isti olacaq. Abşeron çimərliklərində temperatur 25-26 dərəcə olacaq.

 

Azərbaycanın rayonlarına gəlincə, iyulun 31-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Gündüz yağışlar tədricən kəsiləcək, əsasən yağmursuz keçəcək. Zəif qərb küləyi əsəcək. Temperatur Aran rayonlarında gecə 19-23 dərəcə, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq.

 

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2209
avatar

Oxşar yazılar