Leysan yağacaq, dolu düşəcək  - YENİLƏNİB
03 iyul 2013 12:44 (UTC +04:00)

Leysan yağacaq, dolu düşəcək - YENİLƏNİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti 4-5 iyulda gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Lent.az-a açıqlamasında deyib ki, iyulun 4-5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə  18-23 dərəcə, gündüz 26-31  dərəcə isti təşkil edəcək.  

 

Azərbaycanın rayonlarına gəlincə, iyulun 4-də arabir yağış yağacağı gözlənilir. Əsasən gecə və axşam ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi və şimşək çaxacağı ehtimalı var. Temperatur Aran rayonlarında gecə 15-20 dərəcə, gündüz 27-32 dərəcə, dağlarda gecə 9-14 dərəcə, gündüz 17-22 dərəcə isti olacaq.  

 

İyulun 5-də Azərbaycanın rayonlarında əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Temperatur Aran rayonlarında gecə 15-20 dərəcə, gündüz 28-33 dərəcə, dağlarda 8-13 dərəcə, gündüz 19-24 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2104
avatar

Oxşar yazılar