Lent.az-ın canlı yayımında “Sosial şəbəkələrdə yayılan qeyri-etik məzmunlar və media” mövzusunda müzakirə açıldı.
Qonaqlarımız xalq artisti Flora Kərimova, jurnalist-publisist İlqar Əlfioğlu və media eksperti Azər Həsrət sosial şəbəkələrdə davranış barədə fikirlərini söylədilər.
Flora Kərimova sosial şəbəkələrdəki qeyri-etik davranışların hardansa düşmən əli tərəfindən idarə olunduğunu və buna qarşı sərt tədbirlər görülməsinin vacibliyini vurğuladı.
İlqar Əlfioğlu bunu insanların öz mənəviyyatına və mədəni səviyyəsinə bağlı olduğunu deyir.
Azər Həsrətin fikrincə, sosial şəbəkə istifadəçilərinin nkişafı cəmiyyətin inkişafı ilə bağlıdır.