Lənkəranda yeni işıqforlar quraşdırılır
13 dekabr 2014 21:54 (UTC +04:00)

Lənkəranda yeni işıqforlar quraşdırılır

0

Lənkəran şəhəri ərazisində avtomobillərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yeni tipli işıqforların quraşdırılmasına başlanılıb.APA-nın cənub bürosunun məlumatına görə, yeni işıqforlar köhnə tipli işıqforlardan bir sıra xüsusiyətlri ilə fərqlənir. Belə ki, bu işıqforların elektron tabloları və saniyə ölçəni var. Hələlik avtomobillərin intensiv hərəkət etdiyi şəhərin ayrı-ayrı ərazilərində 4 ədəd işıqfor quraşdırılıb.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) təbliğat və təşviqat üzrə inspektoru Emil Vəliyevin sözlərinə görə, şəhərin ərazisində mövcud olan bütün köhnə işıqforlar yenisi ilə əvəz olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar