Küveytli diplomat: Xocalı facisəsi cinayətdir
25 fevral 2013 23:18 (UTC +04:00)

Küveytli diplomat: Xocalı facisəsi cinayətdir

 

“Küveyt dinc və günahsız insanlara qarşı cinayəti pisləyir”. APA-nın məlumatına görə, bu barədə Küveytin Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Sultan Abdullah Əl-Aradah ölkəsinin milli bayramı münasibəti ilə keçirilən tədbirdə Xocalı faciəsinə münasibət bildirərkən deyib.

 

 

O, ölkəsinin dünyada sülh və əmin-amanlıq tərəfdarı olduğunu qeyd edib. Küveytin dövlət müstəqilliyinin 52, azadlıq bayramının 22-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə müvəqqəti işlər vəkili Azərbaycanla münasibətlərə toxunaraq qeyd edib ki, son illərdə bu münasibətlər daha da inkişaf etməyə başlayıb. Bu baxımdan o Azərbaycanda tikilən “Küveyt qülləsi”nin bu əlaqələrin konkret nümunəsi olduğunu qeyd edib.

 

Çıxışı zamanı iki ölkə arasında diplomatik münasibətlərin 1994-cü ildə qurulduğunu deyən təhsil naziri Misir Mərdanov da iki ölkə arasında artmaqda olan siyasi və iqtisadi əlaqələrdən danışıb.

 

Qeyd edək ki, səhhətində problem olması səbəbi ilə Küveytin Azərbaycandakı səfiri Qassan Yusif Əl-Zəvavi tədbirə qatıla bilməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531
avatar

Oxşar yazılar