Kurrikulum  tədris olunan fənlərin reytinq cədvəlini dəyişib
19 fevral 2013 17:15 (UTC +04:00)

Kurrikulum tədris olunan fənlərin reytinq cədvəlini dəyişib

“Ölkəmizin təhsil sahəsində tətbiq edilən kurrikulum  sistemi orta məktəblərdə tədris olunan fənlərin reytinq cədvəlinin dəyişməsinə səbəb olub”.Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı şəhəri Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib. O vurğulayıb  ki, son 6 ildə tədris olunan fənlər sırasında “Azərbaycan dili” və “Ədəbiyyat” fənni reytinq cədvəlində birinci yeri tuturdu.

 

 “Araşdırma apardıq ki, indi liderlik “Riyaziyyat” fənninə keçib ”- deyə, idarənin sektor müdiri əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1818

Oxşar yazılar