Prezident İlham Əliyevin sərəncamı ilə Ceyhun Fərrux oğlu Cəfərov Tərtər rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, prezidentin digər sərəncamı ilə Ceyhun Fərrux oğlu Cəfərov Kürdəmir rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.
Prezidentin növbəti sərəncamı ilə İrşad Əliyev bu vəzifədən azad edilib.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Raqub Allahverdi oğlu Məmmədov Ağdam rayonu İcra hakimiyyətinin başçısı təyin edilib. Prezidentin sərəncamı ilə Nizami Sadıqov bu vəzifədən azad olunub.