Kürdə suyun səviyyəsi 14 sm artdı
27 may 2013 12:02 (UTC +04:00)

Kürdə suyun səviyyəsi 14 sm artdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yağan yağışlar nəticəsində Kiçik Qafqaz çaylarında 1-3 sm, Quba-Xaçmaz bölgəsi çaylarında 2-4 sm artım qeydə alınıb.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-80, Kiçik Qafqazın çaylarında 40-70, Lənkəran-Astara bölgəsi çaylarında 30-80, Naxçıvan MR çaylarında isə normanın 20 faizini təşkil edir. Mayın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 240 m3/s olmaqla, ongünlük normanın 35 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm iki dəfə çox olmaqla 480 m3/s və ongünlük normanın 69 faizini təşkil edib. Mayın 27-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 127 m3/s olmaqla, ongünlük normanın 64 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 258 m3/s təşkil edib və ongünlük normanın 130 faizinə bərabər olub.

Mayın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə edilib. Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 1 sm, Şirvanda 14 sm, Salyanda 13 sm, Bankədə 4 sm, Araz çayının Novruzlu məntəqəsində isə 20 sm azalma müşahidə olunub. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 437 sm (2012-ci il mayın 27-də 398 sm), Şirvanda 317 sm (2012-ci il mayın 27-də 269 sm), Salyanda 270 sm (2012-ci il mayın 27-də 223 sm ), Bankədə 239 sm (2012-ci il mayın 27-də 235 sm), Araz çayının Novruzlu məntəqəsində isə 170 sm (2012-ci il mayın 27-də 110 sm) təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 539
avatar

Oxşar yazılar