Külək əsəcək - YENİLƏNİB
18 iyul 2014 15:08 (UTC +04:00)

Külək əsəcək - YENİLƏNİB

Bakıda və Abşeron yarımadasında iyulun 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Lent.az-a bildirib ki, şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-26, gündüz 33-38 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

 

 

Aran rayonlarında gecə 21-26, gündüz  33-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq. Dağlıq rayonlarda  isə gecə 11-16, gündüz  23-28 dərəcə isti olacağı ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1784

Oxşar yazılar