Konstitusiya Məhkəməsi hərbi qulluqçularla bağlı qərar verdi
14 aprel 2014 18:11 (UTC +04:00)

Konstitusiya Məhkəməsi hərbi qulluqçularla bağlı qərar verdi

“Hərbi qulluqçular tərəfindən Müdafiə Nazirliyinə göndərilmiş müraciətlər müsbət həll olunmadığından onlar məhkəmələrə müraciət etməli olurlar”

 

Konstitusiya Məhkəməsi Plenumu hərbi qulluqçularla bağlı qərar qəbul edib.  Lent.az-ın məlumatına görə, qərarda qeyd olunur ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası qanununda və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya almaq hüququ 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara da şamil olunur.
 

Bu qərara uyğun olaraq 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin və ödəmə qaydalarının müəyyən edilməsi Nazirlər Kabinetinə tövsiyə edilib.
 

Konstitusiya Məhkəməsinin Plenumu müəyyən edib ki, kompensasiyanın ödənilməsi barədə ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular tərəfindən Müdafiə Nazirliyinə göndərilmiş müraciətlər müsbət həll olunmadığından onlar məhkəmələrə müraciət etməli olurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1593

Oxşar yazılar