Mayın 19-dan etibarən orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat aparılacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a verilən məlumata görə, qeydiyyat prosesi mayın 29-dək davam edəcək. Kolleclərin qabiliyyət tələb edən ixtisaslarına seçmə tur isə iyulun 2-dən 5-dək davam edəcək.
TQDK-dan verilən verilən məlumatda o da qeyd olunur ki, orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) əvvəlki ilin məzunları üçün qəbul imtahanı gələn ayın 29-da keçiriləcək.