KİV DF “Azadlıq” qəzetinə maliyyə yardımını dayandırdı
27 noyabr 2013 18:04 (UTC +04:00)

KİV DF “Azadlıq” qəzetinə maliyyə yardımını dayandırdı

KİV-ə Dövlət Dəstəyi Fondu “Azadlıq” qəzetinin layihələrinin maliyyələşdirilməsini dayandırdı.

 

Lent.az-ın “azadlıq.info” saytına istinadən məlumatına görə, bu barədə Fondun icraçı direktoru Vüqar Səfərli “Azadlıq”ın baş redaktoru Qənimət Zahidə məktub göndərib.

 

Məktubda deyilir:

 

“2013-cü ilin ikinci yarımilliyi  üçün  “Azadlıq” qəzetinin  redaksiyası ilə  maliyyə yardımı ayrılmasına dair Fondla redaksiya arasında 28 iyun 2013-cü il tarixli  18 saylı müqavilə bağlanmışdır. Sözügedən müqavilənin 5.2-ci maddəsinə əsasən  maliyyə yardımı redaksiyanın digər hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərinin yerinə yetirilməsi, o cümlədən, qanunvericiliyə uyğun olaraq tətbiq edilən maliyyə sanksiyalarının (cərimələrin) ödənilməsi üçün istifadə edilə bilməz.

Yasamal Rayon Məhkəməsinin  22 oktyabr 2012-ci il tarixli qətnaməsinə əsasən (sədrlik edən S.Mehrəliyev) iddiaçı Məmmədova Kəbirə Meybulla qızının işgüzar nüfuzuna vurulmuş mənəvi zərərə görə borclu  “Azadlıq” qəzeti redaksiyasından 30 000 (otuz) min manat tutularaq “Ruhi Əsəb Əlil Qocalar evinin” hesabına köçürülməsi qət edilmişdir. İcra vərəqəsi 25 sentyabr 2013-cü il tarixdə verilmişdir. İcra işi  üzrə  24 oktyabr 2013-cü il tarixdə Yasamal Rayon İcra Şöbəsi tərəfindən “Azadlıq” qəzeti redaksiyasının bank hesabına həbs qoyulmuşdur.

Yuxarıda qeyd edildiyi kimi, “Azadlıq” qəzeti redaksiyası ilə Fond arasında bağlanmış müqaviləyə əsasən tərəfimizdən ayrılan maliyyə yardımı  redaksiyanın digər hüquqi və fiziki şəxslər qarşısında götürdüyü öhdəliklərin yerinə yetirildiyi təqdirdə maliyyə yardımının verilməsi dayandırılır. Odur ki, “Azadlıq” qəzetinin redaksiyasına ayrılan maliyyə yardımı dayandırılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1450
avatar

Oxşar yazılar