Bu gün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.
Lent.az-ın xəbərinə görə, Elmi Şurada İngiltərənin Kembric Universitetinin professoru Elisabetta Ragagnin Dilçilik İnstitutunun fəxri elmi doktoru seçilib.
İnstitutun direktoru, akademik Tofiq Hacıyev bildirib ki, Elisabetta Regagnini Azərbaycan dilinə, dilçiliyinə olan sevgi və hörmətinə, səmərəli türkoloji tədqiqatlarına, gənc alimlərə ustad dərslərinə görə fəxri diplomla da təltif olunub.