Kəmaləddin Heydərov Xızıda vətəndaşları qəbul edəcək
19 iyul 2014 10:44 (UTC +04:00)

Kəmaləddin Heydərov Xızıda vətəndaşları qəbul edəcək

 

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iyulun 22-də saat 12:00-dan Xızı şəhərində vətəndaşların qəbulunu keçirəcək. Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, qəbulda yalnız Sumqayıt şəhərinin, Abşeron və Xızı rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. 

Qəbula gələn vətəndaşların qeydiyyatı Xızı şəhəri, Rafiq İsmayılov adına tam orta məktəbin binasında (ünvan: Bəşir Səfəroğlu küçəsi, 1) 21 iyul 2014-cü il tarixində saat 09:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737

Oxşar yazılar