<b>Aksiya keçirən tələbələrlə bağlı <span style="color:red;">İSLAHAT  - Yeni rektor <span style="color:red;">QAYDALARI DƏYİŞDİ </b>
08 iyun 2017 18:49 (UTC +04:00)

Aksiya keçirən tələbələrlə bağlı İSLAHAT - Yeni rektor QAYDALARI DƏYİŞDİ

0

 

Xarici Dillər Universitetində rektor təyin olunan Kamal Abdulla iclas keçirib.

 

Lent.az-ın xəbərinə görə, iclasda yeni qaydalar müəyyənləşib və rektor bəzi qərarlar verib.

 

Universitetdə qəbul edilmiş yeni qərarlar bundan ibarətdir.

 

- Yay məktəbi tam pulsuz olacaq

- Apeliyasiya imtahanlarında maksimum bal 2-dən 5-ə qaldırılacaq

- İmtahan nəzarətçiləri fənn və ya fənnə yaxın müəllimlər olacaq

- İmtahan nəzarətçiləri otaqda gəzməyəcək, tələbənin başının üstündə dayanmayacaq, yerində oturacaq

- Çöldə əlavə nəzartçilər olmayacaq, hər imtahan otağında bir nəzarətçi olacaq

- Universitetdə kitabxana punktu yaradılacaq, tələbələr kitab üçün universitetin Təbriz küçəsindəki tədris binasına getməyəcək. Tələbə kitabın adını deyəcək və özləri kitabxana əməkdaşları gətirib verəcək

- 4-cü kursda oxuyan oğlan tələbələrə əsgərlik probleminə görə kəsrlərində köməklik olunacaq

- İslam oyunları könüllüləri üçün heç bir problem yaranmayacaq.

- Tələbənin üzrlü səbəbi olarsa, onun üçün imtahanın vaxtı dəyişdiriləcək

- Təhsil haqqının ödənişi ilə bağlı çətinlik yaranarsa, rektora ərizə ilə bildiriləcək 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 554

Oxşar yazılar