Media nümayəndələri arasında atıcılıq turniri keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş I atıcılıq turnirində ölkənin 14 media qurumunun komandası iştirak edib. Komandalar qrup şəklində yarışıb. APA TV-nin xəbərinə görə, yarış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin baş zabiti Nurəddin Heydərov deyib ki, yarışda 14 komanda iştirak edir. 5 komanda yarışa qatılmayıb. Bu komandalar 6 qrupda mübarizə aparıb. Hər qrupdan birinci yeri tutan komanda ikinci mərhələyə çıxıb.
Yarışda APA-nın 3 nəfərlik komandası da öz gücünü sınayıb.
Sonda qaliblərə medal və qiymətli hədiyyələr verilib.