Jurnalistlər ümumrespublika karnavalı keçirdilər
23 dekabr 2017 19:52 (UTC +04:00)

Jurnalistlər ümumrespublika karnavalı keçirdilər

Bakıda “Mətbuat Qeyri-Rəsmi” Jurnalist Klubu (JK) 5 illik yubileyi, dünya azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn yeni il ilə bağlı ümumrespublika karnavalı keçirilib.

 

Lent.az-ın xəbərinə görə, Azərbaycanın 30-dək televiziya, informasiya agentliyi, qəzet, xəbər portalının 100-dən çox nümayəndəsinin iştirakı ilə keçirilən karnavalda bir sıra dövlət qurumlarının mətbuat xidmətinin rəhbərləri də qatılıblar.

 

Tədbirdə keçirilən müsabiqələrin təqdimatı zamanı qalibə “Qarabağ” futbol klubunun geyimini komandanın kapitanı Rəşad Sadıqov təqdim edib. Karnaval boyu müsabiqələr keçirilib və  müsabiqə qaliblərinə "Bakı Metropoliteni" QSC-nin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, “ASAN Xidmət” mərkəzinin, ABAD xidmətin, Azərbaycan Xalça Muzeyinin, “Unibank” Kommersiya Bankı, “Kontakt Home” mağazalar şəbəkəsi tərəfindən qiymətli hədiyyələr təqdim olunub. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGT) tədbirdə dəstəkçi qismində iştirak edib.

 

“Mətbuat Qeyri-Rəsmi” Jurnalist Klubu ölkədə media nümayəndələrinin işdən kənar asudə vaxtının təşkili, peşəkar sahədə fikir mübadilələrini nəzərdə tutan toplantıların keçirilməsi, Bakıda fəaliyyət göstərən jurnalistlərin ölkənin regionları ilə tanışlığının təmin edilməsini sahəsində fəaliyyət göstərən yeganə ictimai təşkilatdır. Təşkilatın həmtəsisçiləri - jurnalistlər Murad Əliyev, Mübariz Aslanov və Yelena Sidorenkodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 285
avatar

Oxşar yazılar