<b>İyunun 27-də keçirilən buraxılış imtahanlarının nəticələri açıqlandı</b>
29 iyun 2018 18:29 (UTC +04:00)

İyunun 27-də keçirilən buraxılış imtahanlarının nəticələri açıqlandı

İyunun 27-də keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub. Lent.az Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinə istinadən bildirir ki, Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında  yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan  9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri DİM-in internet saytında yerləşdirilib. 

 

İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Şagirdlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

 

IX sinif üzrə imtahanda iştirakı gözlənilən 39554  şagirddən 1058 nəfəri imtahana gəlməyib. 3 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib. XI sinif üzrə imtahanda iştirakı gözlənilən 30528 şagirddən 1030 nəfəri imtahana gəlməyib. 23 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib. 

 

Qeyd edək ki, buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyası Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Şagirdlər Apelyasiya Komissiyasına 2 və 3 iyul tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 400
avatar

Yasəmən Bağırova

Oxşar yazılar