Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 2012-ci il ərzində ixtiralara dair 111 patent verilib. Komitənin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, onlardan 105 ədədi milli, 6 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Faydalı modelə dair 10 patent qeydiyyata alınıb ki, onlardan da 8 ədədi milli və 2 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Sənaye nümunələrinə dair 17 patent verilib, onlardan 4 ədədi milli, 13 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub.
Hesabat dövründə Əmtəə nişanlarının Dövlət reyestrində 1211 ədəd əmtəə nişanı qeydə alınaraq sahiblərinə verilib. Patentlərin qüvvədə olma müddətinin uzadılması barədə 152 ədəd, şəhadətnamənin qüvvədə olma müddətinin uzadılması barədə 415 ədəd, əmtəə nişanına dair dəyişiklər edilməsi haqqında 497 ədəd bildiriş qeydiyyata alınıb, 9 ədəd dublikat, 27 ədəd çıxarış verilib.