Azərbaycanda internet media ailəsinə yeni bir sayt daxil olur. Lent.az-ın məlumatına görə, analitik.az saytı ölkəmizdə və dünyada baş verən proseslərə dair xəbərləri, müxtəlif mövzularla bağlı araşdırma və analitik yazıları, şərhləri, müraciətləri, mütəxəssis rəylərinin ünvanı olacaq. Saytın məqsədi – əsasən, hüquq, iqtisadiyyat, sosial mövzularda analitik təhlillər, şərhlər hazırlamaq və yaymaq, hüquqi maarifləndirmə aparmaq, əhalinin sosial hüquqları sahəsində bilgilər almasına yardım etməkdir. Bugünkü Azərbaycanda yazılı və elektron KİV-lərin bolluğunda, xüsusən, hüquqi maarifləndirmə sahəsində mövcud boşluğu doldurmaq saytın əsas məqsədlərindən biridir. Bu məqsədlə saytın əsas bölmələrindən biri e-consulting fəaliyyət göstərir. Oxuculardan elektron qaydada gələn sualları saytın tərəfdaşlıq etdiyi hüquq şirkətlərinin əməkdaşları operativ qaydada cavablandıracaqlar. Saytda, həmçinin, gündəlik baş verən hadisələrə dair hüquqi rəylər, mətbuat üçün xülasələr hazırlanaraq yayımlanacaq. lawyers.az bölməsi isə hüquqşünasların peşəkar virtual klubu kimi fəaliyyət göstərməklə yanaşı burada oxucularımıza peşəkar vəkillər, praktiki hüquq xidməti göstərən şəxslər, o cümlədən hüquq sahəsində tanınmış alimlər və araşdırmaçılar haqqında ətraflı məlumat veriləcək. Yeni saytın rəhbəri tanınmış jurnalist Mehparə Quliyevadır. Qeyd edək ki, Mehparə Quliyeva müxtəlif yazılı mətbuat orqanlarında, o cümlədən 10 ilə yaxın İctimai Televiziyada aparıcı, böyük redaktor, xəbərlər və ictimai-siyasi verilişlər Departamentinin direktoru vəzifələrində çalışıb.

İTV-nin keçmiş departament direktoru analitika.az-ın rəhbəri oldu
Oxşar yazılar

Bu həftə yalnız bu 3 bürcün bəxti gətirəcək: siyahıda kimlər var
18 avqust 2025 , 00:02
Uğur və sərvət gətirən dörd doğum tarixi: Siyahıdasınızmı?
17 avqust 2025 , 19:59
Bəylə gəlin pul qarşılığında yad adamları toylarına dəvət edirlər: yeni trend
17 avqust 2025 , 18:41
Avqust 4 BÜRCƏ çoxlu pul gətirəcək
17 avqust 2025 , 18:10
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
17 avqust 2025 , 17:55
Mağazada qarşınızda əsl deyil, saxta kərə yağı olduğunu göstərən iki əlamət
17 avqust 2025 , 16:06
Microsoft işçilərinə nə qədər maaş verir? – Məbləğ hamını TƏƏCCÜBLƏNDİRƏCƏK
17 avqust 2025 , 14:33