İtkin düşmüş şəxslər anıldı
08 noyabr 2014 23:04 (UTC +04:00)

İtkin düşmüş şəxslər anıldı

Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA), “İnsan Hüquqları XXI-əsr Azərbaycan Fondu” və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun təşkilatçılığı ilə  “Bayraq Günü” ilə əlaqədar Sabunçu rayonunda yerləşən Şəhidlər Xiyabanı adlanan ərazidə itkin düşmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidə önündə anım mərasimi keçirilib.

AVCİYA-dan APA-ya verilən məlumata görə, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin rəsmiləri, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, itkin düşmüş şəxslərin ailə üzvləri, QHT və KİV nümayəndələri iştirak edib.

Mərasimdə əvvəlcə AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov danışıb. O “Bayraq Günü”nün əhəmiyyətindən bəhs edib.

“İnsan Hüquqları XXI-əsr Azərbaycan Fondu” sədri Şahin Camalov “Bayraq Günü”nün Azərbaycan üçün daşıdığı önəmdən bəhs edərək dövlətimizin vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçən, şəhid olan, əsir və itkin düşən şəxslərin xatirəsini daima əziz tutduğunu və onların ailələrini daima diqqətdə saxladığını vurğulayıb.

Daha sonra  digər qonaqlar çıxış edib.  Tədbirin sonunda itkin düşmüş şəxslərin ailə üzvlərinə  təşkilatçılar tərəfindən ərzaq və  meyvə şirələrindən ibarət  sovqat paylanılıb.

Qeyd edək ki, sözügedən abidənin ucaldılması “İnsan Hüquqları XXI-əsr Azərbaycan Fondu” və  AVCİYA-nın prezidenti, millət vəkili cənab Elxan Süleymanovun birgə fəaliyyəti nəticəsində bu il yanvarın 24-də  itkin düşmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 644
avatar

Oxşar yazılar