İsveçdə Tehrana qarşı aksiya
20 yanvar 2013 06:15 (UTC +04:00)

İsveçdə Tehrana qarşı aksiya

 İsveçin Höteborq şəhərində yanvarın 19-da İran əleyhinə aksiya keçirilib. Bu barədə APA-ya İsveçdə yaşayan soydaşımız, Güney Azərbaycan Öyrənci Hərəkatının (AZOH) sözçüsü Əmir Mərdani məlumat verib. O bildirib ki, aksiya Ərəb Azadlıq Cəbhəsi, GADP və AZOH, eləcə də digər azərbaycanlı fəallarla birgə təşkil edilib: “İran hökuməti tərəfindən bu ölkədə yaşayan azərbaycanlılara və ərəblərə qarşı təzyiqlər son günlər daha da artıb. Bu ay 15 azərbaycanlı fəala həbs cəzası verildi. Daha öncədən həbsdə olan və yeni azadlıqdan məhrum edilən fəallar da var. Onlardan Səid Mətinpurun, Fərdin Muradpurun, İrəc Məhəmmədinin və s. adlarını çəkmək olar. İranda həmçinin ərəblərə qarşı da basqılar var. Orada beş ərəb fəal edam hökmünə məhkum edilib. Təzyiqlərə və həbslərə etiraz olaraq əllərimizdə bayraqlar və plakatlarla Höteborqun mərkəzi meydanında toplaşdıq. Aksiyada Azərbaycandan olan qardaşlarımız, eləcə də bəluç və lorlar da iştirak  etdilər”.

 

Ə. Mərdani əlavə edib ki, aksiyada siyasi və mədəni fəallara qarşı təzyiqlərə son qoyulması, həbsdə olan siyasi məhbusların azadlığa buraxılması tələb edilib: “Azərbaycan, ərəb, isveç və ingilis dillərində “Azərbaycan var olsun, istəməyən xar olsun!”, “Məhbuslara azadlıq!” kimi şüalar səsləndirdik. Mənfi 10 dərəcə şaxta olsa da, aksiya iştirakçıları sonadək piketdə iştirak etdilər”.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 866
avatar

Oxşar yazılar