İstehsalatda bədbəxt hadisələrə görə cəzalar sərtləşdirildi
29 oktyabr 2013 14:33 (UTC +04:00)

İstehsalatda bədbəxt hadisələrə görə cəzalar sərtləşdirildi

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda istehsalatda bədbəxt hadisələrə görə cəzaların sərtləşdirilməsi müzakirə olunub.


 

APA-nın məlumatına görə, bununla bağlı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanununa dəyişiklik edilib.

 

Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliyə əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 500, vəzifəli şəxslər 1500, hüquqi şəxslər isə 5 min manat miqdarında cərimə ediləcək.

 

Layihə səsə qoyularaq qəbul olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1358
avatar

Oxşar yazılar