İstanbul-Bakı aviareysi gecikir
22 oktyabr 2013 15:02 (UTC +04:00)

İstanbul-Bakı aviareysi gecikir

AZAL şirkətinin İstanbul-Bakı reysini həyata keçirən təyyarə 5 saat gecikir. Lent.az-ın məlumatına görə, bunu musavat.com-a hazırda İstanbul hava limanında olan sərnişinlərdən biri deyib. Onun sözlərinə görə, hava limanının nümayəndələri reysdəki 5 saatlıq gecikməni Bakıdan İstanbula uçan təyyarənin texniki nasazlıq üzündən geri qayıtması ilə əsaslandırıblar. Onlar bildiriblər ki, təyyarə texniki nasazlıq üzündən İstanbula eniş edə bilməyib və geri qayıdıb.

 

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli təyyarədəki nasazlığı təsdiqləyib. Amma AZAL rəsmisi bildirib ki, gecikmə 5 saat yox, təxminən 2 saat olacaq.

 

# 1054
avatar

Oxşar yazılar