İsmət Abasov aqrar sahəyə nəzarət edəcək
25 oktyabr 2013 17:27 (UTC +04:00)

İsmət Abasov aqrar sahəyə nəzarət edəcək

Baş nazirin yeni müavini İsmət Abasovun nəzarət edəcəyi sahə məlum olub. Lent. az-ın əldə etdiyi məlumata görə, o, hökumətdə aqrar sahəni (kənd təsərrüfatını) kurasiya edəcək. Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov mətbuata açıqlamasında bunu təsdiqləyib.

 

Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əliyə müraciət etdik. O, Lent. az-a açıqlamasında bildirib ki, onda bununla bağlı dəqiq məlumat yoxdur: “Ola bilsin ki, belədir. Çünki İsmət Abasov baş nazirin müavini vəzifəsinə təyin edilməmişdən öncə kənd təsərrüfatı naziri vəzifəsində çalışıb ”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1275

Oxşar yazılar